Şimali Koreyadan Rusiyaya silah axını: Ukrayna kəşfiyyatı XƏBƏRDARLIQ ETDİ

Şimali Koreyadan Rusiyaya silah axını: Ukrayna kəşfiyyatı XƏBƏRDARLIQ ETDİ
26.05.2025 13:10 Dünya

Rusiya Federasiyası Ukraynaya qarşı apardığı müharibədə silah təminatını dəstəkləmək üçün Şimali Koreyadan genişmiqyaslı hərbi yardımlar alır.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşçenko "Ukrinform"a açıqlamasında bildirib.

İvaşçenkonun sözlərinə görə, Rusiyanın hərbi sənayesi yeni silahların istehsalını artırmağa çalışsa da, ciddi maliyyə, texnoloji və komponent çatışmazlıqları ilə üzləşir. Hazırda cəbhədə istifadə olunan Rusiya texnikasının 80 faizi anbarlardan çıxarılmış və bərpa olunmuş köhnə modellərdir. Cəmi 20 faiz müasir texnologiyalardan ibarətdir.

Kəşfiyyat məlumatlarına əsasən, Rusiya ildə təxminən 3 milyon ədəd 122 mm və 152 mm-lik mərmi istehsal edir, lakin buna əlavə olaraq Şimali Koreyadan da 2,5-3 milyon ədəd mərmi alır. Müharibə başlayandan bu yana Şimali Koreyadan Rusiyaya 6 milyon mərmi tədarük olunub.

"Şimali Koreya Rusiyaya yalnız sursat deyil, həm də ağır silahlar təqdim edir. Bunlara 170 mm-lik "M1989 Koksan" özüyeriyən artilleriya qurğuları və 240 mm-lik "M1991" reaktiv yaylım atəşi sistemləri daxildir. Hər tip texnikadan təxminən 120 ədəd göndərilib" deyə o əlavə edib.

Əldə edilən məlumatlara görə, Şimali Koreyadan Rusiyaya təyyarə istehsalı sahəsində ixtisaslaşmış mütəxəssislər də göndərilib.

Əmək qüvvəsi sahəsində də əməkdaşlıq genişlənib. Təkcə ötən il 14 minə yaxın Şimali Koreya vətəndaşı Rusiyada kənd təsərrüfatı, yol tikintisi və mənzil sektorunda çalışıb.

İvaşçenko, həmçinin bildirib ki, Şimali Koreya hərbçiləri Rusiyanın Kursk vilayətində yerləşdirilib. Hələlik nəzarətə götürülmüş Ukrayna ərazilərində onların fəaliyyəti qeydə alınmasa da, artilleriya bölmələrinin Xerson istiqamətində istifadə edildiyi deyilir.

Qeyd edək ki, ötən ilin payızında Şimali Koreya rəsmi olaraq öz hərbi kontingentini Kursk vilayətinə yerləşdirmişdi.

Rusiya və Şimali Koreya bu hərbi əməkdaşlığı artıq açıq şəkildə təsdiqləyiblər. Pxenyan Rusiyaya ballistik raketlər, artilleriya sistemləri və digər silahlar da göndərməkdə davam edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər