Kreml şərt qoydu: Danışıqlar o halda baş tuta bilər ki...

Kreml şərt qoydu: Danışıqlar o halda baş tuta bilər ki...
30.05.2025 15:19 Dünya

Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və Ağ Ev rəhbəri Donald Tramp arasında Ukrayna nizamlanması üzrə birbaşa danışıqlar yalnız Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda nəticə əldə edildikdən sonra baş tuta bilər.

TodayPress TV xəvər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Putin dəfələrlə açıqlayıb ki, o, prinsipial olaraq ən yüksək səviyyədə təmasların tərəfdarıdır, təbii ki, onlara tələbat var, lakin buna hazır olmaq lazımdır və ilk növbədə iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Əgər belə bir nəticə əldə olunarsa, o zaman, əlbəttə ki, ən yüksək səviyyədə təmaslardan danışmaq olar", - Kreml bildirib.

O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə belə münasibət bildirib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna iyunun 2-də danışıqların texniki mərhələsini başa çatdıra biləcəklər, bundan sonra Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü keçirilə bilər.

Töhfə Səməd


XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Bütün Xəbərlər