Böyük Britaniya Azərbaycan və Ermənistanla bağlı qərar verdi

Böyük Britaniya Azərbaycan və Ermənistanla bağlı qərar verdi
14.10.2025 11:15 Dünya

Böyük Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu ləğv edib

TodayPress TV xəbər verir ki, Böyük Britaniya parlamentinin saytında yayılan yazılı bəyanata görə, Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan və Ermənistana tətbiq olunan silah embarqosunun ləğv edildiyini açıqlayıb.

Dautinin sözlərinə görə, bu qərar Cənubi Qafqazda sülh prosesinə dəstək məqsədi daşıyır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli sammit nəticəsində sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.

Böyük Britaniya bildirib ki, embarqonun aradan qaldırılması ölkələr arasında təhlükəsizlik əməkdaşlığını gücləndirməyə və suverenliyi qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara uyğun fərdi qaydada nəzərdən keçiriləcək.

Dautinin sözlərinə görə, Böyük Britaniya bölgədə vəziyyəti izləyəcək və sülh, təhlükəsizlik və firavanlıq üçün ABŞ, AB və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Jalə Rövşən

 TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər