Zərdabda media savadlılığı ilə bağlı təlim keçirildi

Zərdabda media savadlılığı ilə bağlı təlim keçirildi
25.10.2025 20:00 Cəmiyyət

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar Medianın İnkişafı Agentliyinin və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEDİA və RİİB könüllülərinin Zərdab şəhərinə səfəri təşkil olunub.

TodayPress TV xəbər verir ki, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin ev muzeyini ziyarət edən könüllülərə muzeyin ekspozisiyası, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti, Azərbaycan mətbuat tarixində rolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Həsən bəy Zərdabinin ev muzeyi maarifçilik ənənələrinin yaşadılması, milli mətbuat tarixinin gələcək nəsillərə çatdırılması və Zərdabinin ideyalarının təbliği baxımından mühüm mədəni irs ocağıdır.

Səfər çərçivəsində teleaparıcı Mümtaz Xəlilzadə tərəfindən “Müasir dövrdə media savadlılığı və effektiv kommunikasiyada nitq mədəniyyətinin önəmi” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara rəqəmsal informasiya mühitində media savadlılığının rolundan, kommunikasiya bacarıqlarının şəxsi və peşəkar inkişafda əhəmiyyətindən, eləcə də nitq mədəniyyətinin media nümayəndələrinin peşəkar imicinə təsirindən bəhs edilib.

Qeyd edək ki, Zərdab şəhərinə səfərin təşkilində məqsəd Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin irsini daha yaxından tanıtmaq, onun milli jurnalistikanın formalaşmasında oynadığı rolu gənclərə çatdırmaq və maarifçilik ideyalarını könüllülər arasında təbliğ etməkdən ibarət olmuşdur.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Bütün Xəbərlər