Xəzər dənizi sürətlə dayazlaşır - Həyəcan təbili çalındı

Xəzər dənizi sürətlə dayazlaşır - Həyəcan təbili çalındı
26.09.2025 16:23 Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib ki, Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil. 

Dövlət başçısı əlavə edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. 

Mövzu ilə bağlı Ekoloq Cavid Hüseynov TodayPress TV-yə açıqlamasında bildirib ki, Xəzər dənizi geoloji, hidroiqlim və antropogen amillərin təsiri altında daim dəyişən unikal təbii geosistemdir. 

Onun sözlərinə görə, bu dəyişmələrə əsasən tektonik hərəkətlər, çayların axını, yağıntı və buxarlanma ilə yanaşı, insanın təsərrüfat fəaliyyəti də təsir göstərib:

"Alimlər bildirirlər ki, onun səviyyəsinin tərəddüdləri qədim zamanlardan müşahidə olunur. Hələ yunan və roma müəlliflərinin əsərlərində, eləcə də XV əsrdə azərbaycanlı səyyah Rəşid Bakuvinin qeydlərində Xəzərin sularının Bakı qalasının bəzi divar və qüllələrini örtməsi haqqında məlumatlar var. Tarixi dövrdə Xəzər dənizinin səviyyə amplitudası təqribən 15 metr olub".

"Səviyyə tərəddüdlərinin təsiri"

Ekoloq əlavə edib ki, Xəzər dənizində səviyyənin tərəddüdləri sahilyanı bölgələr üçün həm ekoloji, həm də sosial-iqtisadi baxımdan böyük problemlər yaradır:

"1978–1995-ci illərdə müşahidə olunan transqressiya (dəniz səviyyəsinin qalxması) nəticəsində bütün Xəzər hövzəsində böhranlı vəziyyət yaranmışdı. Su səviyyəsinin qalxması nəticəsində aqrar sahə, sənaye müəssisələri, neft-qaz təsərrüfatı, nəqliyyat infrastrukturu və hətta yaşayış məntəqələri ciddi ziyan gördü. 1995-ci ildən isə əks proses - səviyyənin azalması müşahidə olunur. Bu, həm təbii sistemlər, həm də region ölkələrinin iqtisadiyyatı üçün yeni risklər yaradır".

"Suitilər və balıq ehtiyatları təhlükədədir"

Mütəxəssis qeyd edib ki, son illərdə dayazlaşma xüsusilə Xəzər dənizində yaşayan nadir canlılara, xüsusən də suitilərə ağır təsir göstərib. Azalan su miqdarı və buz örtüyünün qısalması suitilərin reproduktiv proseslərini çətinləşdirir:

"Onlar məskunlaşma yerlərini dəyişməyə məcbur olur, müxtəlif xəstəliklərə qarşı müqavimətlərini itirirlər. Nəticədə isə suitilərin sayı kəskin azalıb. 2022-ci ildə yalnız Rusiya sahillərində 2500 ölü suiti aşkarlanıb. Bu səbəbdən də Xəzər suitisi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və sahilyanı ölkələrin Qırmızı Kitabına salınıb. Suitilərlə yanaşı, dənizdəki balıq ehtiyatları da təhlükə altındadır”. 

Ekspertin sözlərinə görə, bəzi zonalar artıq balıq və digər su canlılarının yaşamadığı “ölü ərazilərə” çevrilib. Bu, həm ekoloji tarazlığı pozur, həm də balıqçılıq təsərrüfatını çökdürə bilər.

"İqtisadiyyat üçün risklər"

Cavid Hüseynov vurğulayıb ki, Xəzərin dayazlaşması təkcə ekosistem üçün deyil, həm də sahilyanı ölkələrin iqtisadiyyatı üçün böyük təhlükədir. Suyun səviyyəsinin 1-2 metr enməsi belə gəmiçilik, limanların fəaliyyəti və dəniz sənayesinə ciddi ziyan vura bilər:

"Əgər bu proses davam edərsə, Xəzərin sahillərində yerləşən iri liman şəhərlərinin iqtisadi potensialı zəifləyəcək, gəmiçilik xərcləri artacaq, regionun ticarət imkanları daralacaq. Bu isə bütövlükdə region ölkələrinin iqtisadi inkişafına mənfi təsir göstərəcək".

"Çıxış yolları"

Ekoloq hesab edir ki, təhlükənin qarşısını almaq üçün ilk növbədə su ehtiyatlarının inteqrasiyalı idarəçiliyi təmin olunmalıdır. Buraya Xəzəri qidalandıran əsas çaylarda, xüsusilə Volqada suvarma səviyyəsinin sabit saxlanılması və çay axınının idarə olunması daxildir.

"Beş sahilyanı dövlət bütün antropogen təsirləri minimuma endirmək üçün vahid plan çərçivəsində hərəkət etməlidir. Hər bir ölkə öz su sektorunun ekoloji vəziyyətinə görə məsuliyyət daşımalı, iqtisadi maraqları ekoloji təhlükəsizlikdən üstün tutmamalıdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət də prosesə qoşulmalıdır. Çünki Xəzər dənizinin ekoloji böhranı yalnız regionu deyil, qlobal iqtisadiyyatı da təsirləndirə bilər", - o, fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Xəzər dənizi sürətlə dayazlaşır - Həyəcan təbili çalındı — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Bütün Xəbərlər