Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO

Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO
23.05.2025 16:18 Cəmiyyət

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. Belə ki, küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

TodayPress TV xəbər verir ki, şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13.5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib.   

Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb.

Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib.

Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.   

Bununla yanaşı 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, yuyulma nəticəsində 76 kub metr çirkab su kənarlaşdırılıb.

İçməli su xətlərində 598, kanalizasiya xətlərində 528 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. 

Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir.

Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik,  450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.   

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.

Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb.

Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11083 kvadratmetri bərpa edilib.  Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb.

Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib. 

Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.

FOTOLAR

Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO — 1
Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO — 2
Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO — 3
Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO — 4
Şirvanda əhalinin su təchizatı yaxşılaşdırılır - FOTO — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Bütün Xəbərlər