Londonda "YAŞAT" yay məktəbi davam edir

Londonda "YAŞAT" yay məktəbi davam edir
24.07.2025 14:59 Cəmiyyət

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi davam edir.

TodayPress TV xəbər verir ki, əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi London Universitet Kollecində keçirilir və ilk  növbədə iştirakçılar ingilis dili biliyinin ölçülməsi məqsədilə səviyyə imtahanında iştirak ediblər. Daha sonra onlar hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Tədrislə yanaşı, proqram çərçivəsində zəngin ekskursiya proqramı da təşkil olunur. İştirakçıların ekskursiyası Londonun rəmzi sayılan “Big Ben”i ziyarətlə başlayıb, Vestminster abbatlığı və sarayı ilə davam edib. Ardınca iştirakçılar Müqəddəs Pavel kafedralı və dünyanın ən çox ziyarət edilən, milli-beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi Teyt Modern muzeyində olublar. Temza çayı üzərində tikilmiş ən yeni körpü olan Millenium və tarixi Tauer körpüsü, London qalası və Madam Tüsso muzeyi də onların marağına səbəb olub.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

FOTOLAR

Londonda "YAŞAT" yay məktəbi davam edir — 1
Londonda "YAŞAT" yay məktəbi davam edir — 2
Londonda "YAŞAT" yay məktəbi davam edir — 3
Londonda "YAŞAT" yay məktəbi davam edir — 4
XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər