Litvalı jurnalist azərbaycanlı qəhrəmandan yazdı: “Cəsur döyüşçü Ülvi Məlikov!"

Litvalı jurnalist azərbaycanlı qəhrəmandan yazdı: “Cəsur döyüşçü Ülvi Məlikov!"
12.10.2025 12:54 Cəmiyyət

Litvalı jurnalist Riçardas Lapaitis Azərbaycan əsgərinin hekayəsindən dərin təsirlənərək onun haqqında araşdırma aparıb və nəticələrini sosial şəbəkədə paylaşıb.


TodayPress TV xəbər verir ki, jurnalist “Facebook” hesabında paylaşdığı yazıda ilk baxışda diqqət çəkən fotonun arxasında necə böyük bir qəhrəmanlıq hekayəsinin dayandığını danışıb. 

O yazıb ki, əsgərin formasında “Məlikov” soyadını görəndən sonra araşdırmaya başlayıb və Litvadan Azərbaycana qədər uzanan axtarışlar nəticəsində həmin şəxsin yaxın qohumu Samir Ramiz oğlu Salahovla əlaqə saxlayıb.

Lapaitis qeyd edib ki, Samir bəyin danışdıqları onu çox duyğulandırıb:

“İkinci şəkildə onun cəbhə dostlarını görürsünüz! Soldan sağa — azərbaycanlı əsgərlər İqbal, Əkbər, Səbuhi və İsrail! Onların hamısı Vətən uğrunda, qardaş kimi, eyni gün Suqovuşan döyüşlərində həlak olublar. Həmin döyüşdə Ülvi Məlikov yaralanıb — minaatan mərmisindən qəlpə ona dəyib. Amma o, döyüşü dayandırmayıb! Üstəlik, ağır yarasına baxmayaraq, döyüş meydanından bir silahdaşını çıxarıb. Sonradan məlum olub ki, həmin əsgər artıq şəhid olub…


Ülvi Məlikovu dərhal hospitala aparıblar. Vəziyyəti ağır idi. Onu ən çox incidən isə dostlarının şəhid olması idi. Metrodakı o baxışların arxasındakı hekayə budur… Kəlmələrlə ifadə edilməyən bir hüzn!"

Jurnalist qeyd edib ki, Ülvi Məlikov metroda yanında oturan qızla hospitalda müalicə alarkən tanış olub. Nürgül adlı tibb bacısı sonralar yaralılara kömək etmək üçün könüllü yazılıb. 

Ülvi Məlikov isə sağaldıqdan sonra evinə dönməyib, ön cəbhəyə qayıdaraq döyüşləri davam etdirib:

“O, kəşfiyyatçı idi. Suqovuşan istiqamətində yeddi postun azad edilməsində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub".


Lapaitis yazısında əlavə edib ki, bu gün Ülvi Məlikov gəmidə mexanik kimi çalışır, lakin onun keçirdiyi sarsıntılar hələ də davam edir:

“Fiziki yaralar keçib, amma ruhundakı ağrılar qalır. Ülvi hər il reabilitasiya kursu keçir. Məncə, o, hələ də Azərbaycan Ordusunun əsgəridir. Onun kimi igidlərin sayəsində bu gün Qarabağ azaddır!”


Jurnalist paylaşımının sonunda belə yazıb:

“Bilirəm, hamı soruşacaq ki, onlar indi bir yerdədirmi? Xeyr… Tale onları ayırıb. Amma Ülvi bu gün aramızdadır. Hər gün dənizə çıxan gəmi mexaniki! Bu da az şey deyil. Cəsur döyüşçü, sənə dərin ehtiramımı bildirirəm! Bir gün gələcək və səni çox möhkəm qucaqlayacam!"


Lapaitis Ülvinin dayısı Samir bəyin ifasında olan videonu da paylaşaraq yazısını “Bu, bizim ortaq tariximizin başlanğıcıdır” sözləri ilə tamamlayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər