İstiqlal deputatı VƏFAT ETDİ

İstiqlal deputatı VƏFAT ETDİ
16.05.2026 20:22 Cəmiyyət

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

TodayPress TV-nin məlumatına görə, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, 1 avqust 1938-ci ildə Lənkəranda dünyaya göz açan Hacıbaba Əzimovun həyatı Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi:

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi”.

Saleh Məmmədov daha sonra Hacıbaba Əzimovla münasibətlərindən bəhs edib:

“Biz uzun illər eyni yolun yolçusu olduq. Milli azadlıq hərəkatının ən çətin və taleyüklü günlərində çiyin-çiyinə mübarizə apardıq. Meydanların gur səsi, istiqlal uğrunda keçirilən saysız toplantılar, xalqın iradəsini müdafiə edən çıxışlar, gecə-gündüz davam edən fikir savaşları - bütün bunların içində Hacıbaba müəllim hər zaman təmkinli, prinsipial və əyilməz mövqeyi ilə seçilirdi”.

Sabiq nazir mərhum professorun xidmətlərini yüksək qiymətləndirib:

“Onun Azərbaycan dövlətçiliyinə xidməti yalnız siyasi fəaliyyətlə məhdudlaşmırdı. O, təhsili milli gələcəyin əsas dayağı hesab edir, bu düşüncə ilə Lənkəran Dövlət Universitetinin yaradılmasına rəhbərlik edir, universitetin formalaşması və inkişafı üçün böyük əmək sərf edirdi. Yüzlərlə tələbənin taleyində, minlərlə insanın düşüncə dünyasında onun zəhməti və izi yaşayır.

Hacıbaba müəllim sözü ilə əməli üst-üstə düşən nadir insanlardan idi. Vəzifəyə görə dəyişməyən, çətin məqamlarda susmayan, şəxsi maraqlarını heç vaxt xalqın və dövlətin maraqlarından üstün tutmayan şəxsiyyət idi. Bu gün onu itirmək yalnız ailəsinin və yaxınlarının deyil, bütövlükdə Azərbaycan ictimai fikrinin, milli-demokratik hərəkat tarixinin ağır itkisi sayılmalıdır.

Dərin hüznlə dostumun, həmkarımın, mübarizə yoldaşımın ailəsinə, doğmalarına, tələbələrinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm”.

“Hacıbaba Əzimovun adı Azərbaycanın istiqlal tarixində, milli düşüncə salnaməsində və onu tanıyan insanların yaddaşında daim yaşayacaq”, - S.Məmmədov yekunda bildirib.

Qeyd edək ki, Hacıbaba Əzimovla vida mərasimi Təzəpir məscidində keçirilib, dəfn mərasimi Yasamal qəbiristanlığında olub.

Allah rəhmət eləsin!

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 All News