Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi
21.10.2025 10:02 Cəmiyyət

Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il beşinci dəfə keçirilən Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransına ev sahibliyi edib.

TodayPress TV TV xəbər verir ki, 20–23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Çukurova Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Türkiyənin Çukurova və Ege universitetləri başda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Gəncə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyaları sahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhs edib.

O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak çıxışlarında konfransın təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal və iqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmi müzakirələr aparılır.

TodayPress TV

FOTOLAR

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi — 1
Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi — 2
Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər