Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirir

Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirir
24.06.2025 15:22 Cəmiyyət

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. 

TodayPress TV xəbər verir ki, 21 və 23 iyun tarixlərində regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsinin və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, Lənkəran, Göyçay, Bərdə və Gəncə regional ədliyyə idarələri ilə video-konfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda vətəndaşların bələdiyyələrin fəaliyyəti və məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həmçinin onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin aşağıda göstərilən regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər:

- Şəki regional ədliyyə idarəsi: (Şəki şəhəri 20 yanvar küçəsi, 94; tel: (02424) 4-43-19) Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonlarının sakinləri müraciət edə bilərlər.

- Şirvan regional ədliyyə idarəsi: (Şirvan şəhəri, F.İsmayılov küçəsi, 27; tel: (02121) 5-67-27) Şirvan şəhəri, Neftçala, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinləri müraciət edə bilərlər.

- İmişli regional ədliyyə idarəsi: (İmişli şəhəri, S.Qazıyeva küçəsi, 12A; tel: (02124) 6-26-94) Beyləqan, Biləsuvar, İmişli və Saatlı rayonlarının sakinləri müraciət edə bilərlər.

- Xaçmaz regional ədliyyə idarəsi: (Xaçmaz şəhəri, H.Əliyev prospekti,17; tel: (02332) 5-18-88) Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarının sakinləri müraciət edə bilərlər.

- Göyçay regional ədliyyə idarəsi: (Göyçay şəhəri, H.Əliyev prospekti, 30; tel: (02027) 4-13-10) Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar və Şamaxı rayonlarının sakinləri müraciət edə bilərlər.

- Lənkəran regional ədliyyə idarəsi: (Lənkaran şəhəri, Nizami küçəsi, 1; tel: (02525) 5-44-91) Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri müraciət edə bilərlər.

- Bərdə regional ədliyyə idarəsi: (Bərdə şəhəri, H.Əliyev prospekti, 110; tel: (02020) 5-16-53) Mingəçevir şəhəri, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarının sakinləri müraciət edə bilərlər.

- Şəmkir regional ədliyyə idarəsi: (Şəmkir şəhəri, H.Əliyev prospekti, 2; tel: (02230) 5-82-50) Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinləri müraciət edə bilərlər.

- Gəncə regional ədliyyə idarəsi: (Gəncə şəhəri, 28 may küçəsi, 52; tel: (022) 254-45-15) Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinləri müraciət edə bilərlər.

- Qarabağ regional ədliyyə idarəsi: (Bakı şəhəri, İnşaatçılar prospekti, 1; tel: (012) 539-11-73) Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının sakinləri müraciət edə bilərlər.

Bu yanaşma çərçivəsində vətəndaşlar əlavə vaxt və maddi vəsait sərf etmədən yaşadıqları əraziyə yaxın regional ədliyyə idarələrindən birbaşa olaraq nazirliyin rəhbər şəxsləri ilə video formatda əlaqə quraraq müraciətlərini çatdırmaq imkanı əldə edirlər. 

Xüsusilə ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlar üçün əlverişli olan bu format onların hüquqlarının daha effektiv müdafiəsini təmin edir, habelə ədliyyə sisteminə çıxış imkanlarını genişləndirir.

XƏBƏR LENTİ
04 IYUN 2026
Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Bütün Xəbərlər