BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq etdi

BDYPİ  hərəkət iştirakçılarına xəbərdarlıq etdi
05.04.2026 23:15 Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, qurumdan hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunduğu bildirilib.

Qeyd olunub ki, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunub:

• Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;

• Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;

• İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;

• Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;

• Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.

Piyadalara da xatırladılıb:

• Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;

• Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;

• Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;

• Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.

BDYPİ bir daha diqqətə çatdırıb ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 All News