OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...

OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...
23.02.2026 17:33

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndəsi ilə mümkün təmas barədə diqqətçəkən açıqlama verib.  


Belə ki, nazir fevralın 26-da Cenevrədə ABŞ tərəfini təmsil edən Stiven Uitkoff ilə görüşün baş tuta biləcəyini bildirib. 

Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla müəyyən razılaşmalar mümkündür. Onun sözlərinə görə, diplomatik kanallar açıq qalır və siyasi iradə olduğu halda anlaşma əldə oluna bilər.

Digər tərəfdən ABŞ-nin İrana mümkün hücum ehtimalı ilə bağlı xəbərlər də artmaqdadır. Bu halda Əraqçi-Uitkoff görüşü hansısa müsbət nəticə verə bilərmi? 

DİPLOMATİK HƏMLƏLƏR

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli diplomatik həmlələrin müsbət nəticələnməsini aşağı ehtimal olaraq dəyərləndirib:


“ABŞ-İran arasında hər keçən gün bir az daha da gərginləşən münasibətlərin kölgəsində Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilən diplomatik görüşlər də davam edir. Rəsmi Vaşinqton İranı vaxt uzatmadan Amerikanın tələbləri ilə razılaşmağa, əks təqdirdə ağır zərbə alacağı ilə hədələyir. İran isə öz növbəsində müharibə istəmədiyini, ancaq bu baş verərsə təslim olmayacağını, döyüşəcəyini bildirir. Belə bir qarşılıqlı söz dueli şəraitində diplomatik həmlələrin müsbət nəticələnmə ehtimalı azdır.

ABŞ-nin dəniz donanmasının və hava qüvvələrinin önəmli bir qismini Fars körfəzi ətrafına cəmləşdirməsi fonunda Maskat və Cenevrədə aparılan danışıqların diplomatik manevrdən, vaxt qazanmaq cəhdindən başqa bir işə yaramadığını aydın görmək olar. Artıq dünyanın aparıcı media və informasiya orqanları etibarlı mənbələrə söykənərək hətta ABŞ ordusunun İrana hansı gün, hansı saatda zərbələr endirə biləcəyini belə qeyd edirlər. Çünki İranın ali dini və siyasi rəhbərliyi Vaşinqtonun tələblərini birbaşa kapitulyasiya kimi qiymətləndirdiyini və bunu qəbul etməyəcəyini bildirir”. 


GƏRGİN ATMOSFERDƏ GÖZLƏNTİLƏR 

Onun sözlərinə görə, belə gərgin atmosferdə Əraqçi-Uitkoff görüşünün müsbət nəticələnəcəyi ciddi suallar doğurur.  

“Müharibənin siyasətin zorakı yollarla davamı olduğu tezisindən çıxış etsək, demək olar ki, tərəflər müharibə siyasətini seçə bilərlər. Lakin bir çox siyasətçi və ekspertlər İrana endirilməsi ehtimal edilən zərbələrin qısa və məhdud olmayacağını, hərbi əməliyyatın tammiqyaslı və həftələrlə davam edəcəyini düşünürlər”, - deyə F.Məhərrəmli fikrini yekunlaşdırıb.  

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Maştağada güclü yanğın başladı 23:35 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Bütün Xəbərlər