XİN: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir
Xarici siyasət
03.10.2025 15:44
Azərbaycan qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyin qurulmasına sadiqdir.
TodayPress TV xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabındakındakı postunda qeyd olunub.
"3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik. Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir. Azərbaycan qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir. Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!" - paylaşımda vurğulanıb.
tag: Azərbaycan,XİN,TDT,Əməkdaşlıq,Todaypress.tv,
