Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında bir sıra memorandum imzalandı
Xarici siyasət
21.10.2025 22:15
Bu gün Bakıda "Mərkəzi Baltik - Azərbaycan" biznes forumu çərçivəsində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında 11 anlaşma memorandumu imzalanıb.
TodayPress TV xəbər verir ki, "Caspian Energy Club", Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və "Nordic Business Community Azerbaijan" ilə Latviya Ticarət və Sənaye Palatası, Satakunta Tətbiqi Elmlər Universiteti və Estoniyanın Azərbaycandakı səfirliyi arasında ayrı-ayrılıqda üç sənəd imzalanıb.
Tədbir zamanı həmçinin Finlandiyanın "EnergiaVFX" ilə Azərbaycanın "RogVFX" şirkəti, Estoniyanın "Fleetguru" şirkəti ilə Azərbaycanın "Axiom" şirkəti arasında anlaşma memorandumları imzalanıb.
tag: Mərkəzi Baltik - Azərbaycan, Forum, Finlandiya, Estoniya, Latviya, todaypress.tv,
