Rəsmi Bakı: Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır

Xarici siyasət

15.07.2025 11:32

Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu, bundan sonra da belə olacaq.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Səfirliyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

Nazir müavini bildirib ki, müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edir: “Bu gün müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi üçün 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi zəmin yaradıb. Təkcə cari ilin 6-7 ayına nəzər alsaq, deyə bilərik ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından əlamətdar il olaraq yadda qalacaq. Cari ilin ilk yarısında artıq 5 qarşılıqlı səfər həyata keçirilib”.

tag: Azərbaycan,Türkiyə,Tədbir,Çıxış,Todaypress.tv,