Qvadelupun nümayəndəsi: "Bakıda bir çox məsələlər həllini tapacaq"
Xarici siyasət
25.06.2025 09:38
“Azərbaycanın bizim səsimizi dünyaya çatdırmağımız üçün şərait yaratması və bizi narahat edən məsələləri birlikdə müzakirə etməyimiz qlobal ədalət yolunda vacib bir addımdır”.
TodayPress TV xəbər verir ki, Qvadelupun nümayəndəsi Xose Bvakanpeç bunu “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dillərdən, mədəniyyətlərdən və coğrafiyalardan asılı olmayaraq, bizi birləşdirən ortaq bir arzu var: ləyaqət, ədalət və suverenlik arzusu.
"Bu gün biz burada bir sıra mühüm məsələlərə toxunacağıq. Belə ki, hələ də varlığımızı silməyə davam edən tarix təhrifləri, asılılığımızı qanuniləşdirən hüquqi memarlıq və müasir istismar formaları ilə təşkil olunmuş iqtisadi talan bizim reallığımızdır. Mədəniyyətimizin Fransa tərəfindən mənimsənilməsi, müstəmləkə altında yaşamağımız, dəyərlərimizə və mənəvi dayaqlarımıza qarşı aparılan mənəvi müharibə və nəhayət, öz reallıqlarımıza söykənən yeni səfərbərlik formaları bir çox ölkələr tərəfindən göz ardı edilir və diqqətə alınmır. Məhz buna görə mən Azərbaycana, onun hakimiyyətinə və BTQ-una dərin minnətdarlığımı bildirirəm”.
O, ümid edir ki, Bakıda bir çox məsələlər, adanın narahatlıqları öz həllini tapacaq.
Töhfə Səməd
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,