Qvadelup və BTQ arasında memorandum imzalandı - YENİLƏNDİ
Xarici siyasət
25.06.2025 12:00
Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
TodayPress TV xəbər verir ki, sənədin imzalanma mərasimi Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutub.
***
11:53
“MİR Qvadelup hərəkatı ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair memorandum imzalanacaq”.
TodayPress TV xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bunu jurnalistlərə açıqlamasında bildirib.
O, vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu ilə Qvadelupda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və müstəqillik hərəkatları arasında təkcə siyasi sahədə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlıq mövcuddur.
Töhfə Səməd
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,