İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçirildi

Xarici siyasət

22.10.2025 19:22

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.

Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər. İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün ikinci hissəsində Qriqoryan iştirak edənlərin suallarını cavablandırıb.

TodayPress TV

tag: Ermənistan,Azərbaycan,Qriqoryan ,Dəyirmi masa,Todaypress.tv,