QDİƏTPA-nın 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi
Xarici siyasət
17.06.2025 14:11
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib.
Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin spikeri və QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Keçirilən müzakirələrdə QDİƏTPA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilatı məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
tag: Milli Məclis,QDİƏTPA,İclas,Görüş,Todaypress.tv,