Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı

Xarici siyasət

19.06.2025 22:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb. TodayPress TV xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.

15:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

tag: Azərbaycan ,İlham Əliyev ,Türkiyə,Səfər,Rəcəb Tayyib Ərdoğan,

photo
photo
photo
photo
photo