Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəldi
Xarici siyasət
06.10.2025 17:25
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
tag: Kasım-Jomart Tokayev, Qazaxıstan,Azərbaycan ,Səfər,Todaypress.tv,
