Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərə gəldi
Xarici siyasət
08.12.2025 17:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.
tag: Prezident,İlham Əliyev,Slovakiya,Səfər,Todaypress.tv,
