Mirziyoyev Azərbaycanın regiondakı rolundan danışdı

Xarici siyasət

18.08.2025 16:00

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynadığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat verib.

Şavkat Mirziyoyev bu gün "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində Azərbaycanın rolunu vurğulayıb. 

Tədbirin Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaratdığını qeyd edən Mirzoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb:

"Biz Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin yeni ümumregion proseslərinin inkişafında iştirak etməyə hazır olmasını və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndiririk".

tag: Özbəkistan ,Şavkat Mirziyoyev,Mərkəzi Asiya ,Avropa ,Todaypress.tv,