Fərhad Abdullayev: Qanunun aliliyinin təmin edilməsi, dövlət orqanlarının ümumi, ortaq məqsədidir

Xarici siyasət

18.06.2025 12:35

Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi bir sıra dövlət orqanlarının ümumi, ortaq məqsədidir. Bu mühüm məqsədlərə nail olmaq üçün dövlət hakimiyyət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir.

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı şəhərində keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq qeyd edib ki, bu cür qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin aparılması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir.

tag: Fərhad Abdullayev,Tədbir,Görüş,Çıxış,Todaypress.tv,