Latviyada “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa keçirildi

Xarici siyasət

17.06.2025 16:49

Azərbaycanın Latviyadakı səfirliyi, Şimali Avropa Siyasəti Mərkəzi (NEPC) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə “Azərbaycanda Minatəmizləmə: Prioritetlər və Çağırışlar” mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Tədbirin əsas məqsədi Azərbaycanda mövcud mina təhlükəsi, humanitar minatəmizləmə sahəsindəki çətinliklər və beynəlxalq əməkdaşlığın təşviqi barədə məlumatlılığın artırılması olub.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın sabiq prezidenti Raymonds Veyonis və NEPC sədri Artis Pabriks açıb.

Müzakirələrdə Milli Məclisin deputatı Qaya Məmmədov və ANAMA-nın sədr müavini Samir Poladov əsas məruzəçilər qismində çıxış ediblər.

Tədbirdə Latviyanın Seym üzvləri, Milli Silahlı Qüvvələrin, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, diplomatik korpus üzvləri və ekspertlər iştirak ediblər.

Töhfə Səməd

tag: Azərbaycan,Latviya,Səfir,NEPC,ANAMA,todaypress.tv,

photo
photo
photo