İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatdı

Xarici siyasət

01.10.2025 12:27

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

TodayPress TV

tag: İtaliya,Sercio Mattarella,Azərbaycan,Səfər,Todaypress.tv,

photo
photo
photo