Samir Şərifov: "Türkmənistanla münasibətlər yüksək səviyyədə inkişaf edib"

Xarici siyasət

18.06.2025 10:36

“Müstəqillik əldə etdiyimiz gündən bu yana Türkmənistanla münasibətlər yüksək səviyyədə inkişaf edib. İstər nəqliyyat, istər, iqtisadiyyat, istərsə də mədəniyyət sahələrini buna nümunə kimi göstərmək olar”. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov bunu Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Türkmənistanla nəqliyyat-logistika sahəsindəki əməkdaşlığımız əsas yerdə dayanır: 

“Əsas prioritetimiz əlaqələrimizin genişləndirilməsi və əhalinin rifahını gücləndirməkdir. Bir neçə gün öncə diplomatik münasibətlərin qurulmasının 33 illiyini qeyd etdik. Əslində rəqəm cəhətdən bu, elə də böyük zaman dilimini əhatə etməsə də, münasibətlərin şaxələndirilməsi və daha çox inkişaf etməsi üçün yetərli müddətdir”. 

XİN başçısının müavini diqqətə çatdırıb ki,  geniş coğrafiyamızda baş verən dəyişikliklər fonunda xalqlarımızın rifahını yaxşılaşdırmaq üçün birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanla Türkmənistan arasında quru sərhədləri olmasa da, Xəzər dənizi iki ölkə arasında körpü rolunu oynayır. 

Töhfə Səməd

tag: Samir Şərifov,Nazir Müavini,Tədbir,Çıxış,Todaypress.tv,