İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü

Xarici siyasət

07.08.2025 23:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoff ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoffun görüşü olub.

tag: Tramp, İlham Əliyev, Görüş, ABŞ, Stiv Uitkoff, todaypress.tv,

photo
photo