İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi -YENİLƏNİB
Xarici siyasət
10.10.2025 13:33
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.
Sonra tədbirin yekun sənədləri imzalanıb.
İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.
13:07
Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
tag: Prezident,İlham Əliyev,Tacikistan,Səfər,Todaypress.tv,
