İctimai fəal Franko Lollia: “Adada sərvət bərabərsizliyi son dərəcə kəskindir”

Xarici siyasət

25.06.2025 11:28

“Sosial baxımdan, Müstəmləkəçilikdən Azadolma Hərəkatının təsiri altındakı geniş kütlə ümumi yoxsulluq və acınacaqlı sanitariya vəziyyəti ilə üz-üzədir”.   

TodayPress TV xəbər verir ki, ictimai fəal Franko Lollia bunu “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.  

Onun sözlərinə görə, adada sərvət bərabərsizliyi son dərəcə kəskindir və xüsusilə qul ticarəti ilə Afrikadan zorla gətirilmiş və köləyə çevrilmiş insanların sayı çoxdur. Məqsəd, ağdərili elita və iri plantasiyaların sahiblərinin, xüsusilə şəkər sənayesi ətrafında iqtisadi gücünü qoruyub saxlamaqdır.   

“Burada başa düşülməli əsas məsələ budur: şəkər iqtisadiyyatı əvvəlcə Avropa mənşəli kolonların, sonra isə 20-ci əsrin əvvəllərindən etibarən Fransada yerləşən şirkətlərin nəzarətində olub və bu da Fransa müstəmləkəçiliyinin Karib hövzəsindəki təzahürünə çevrilib”.

Töhfə Səməd

tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,