Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə müzakirələr apardı
Xarici siyasət
21.06.2025 10:02
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrlandiyaya işgüzar səfəri çərçivəsində İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də yazıb.
"Səfər zamanı aparılan konstruktiv müzakirələr Azərbaycan-İrlandiya və Azərbaycan-Aİ münasibətlərinə, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinə və digər məsələlərə həsr olunub",- deyə diplomat qeyd edib.
Məlumata görə, E.Əmirbəyovun İrlandiya səfəri artıq başa çatıb.
tag: Elçin Əmirbəyov,İrlandiya,Görüş,Müzakirə,Todaypress.tv,

