Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət etdi

Xarici siyasət

03.07.2025 16:21

Əfqanıstanın xarici işlər nazirinin müavini Məhəmməd Naim Vardak ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib.

TodayPress TV bu barədə səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Onu İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn Əfqanıstan nümayəndə heyətinin tərkibində olan rəsmi şəxslər müşayiət ediblər.

Nazir müavini diplomatlarla Azərbaycandakı diplomatik nümayəndəliyin fəaliyyət istiqamətlərini müzakirə edib.

tag: Əfqanıstan,XİN,Səfirlik,Ziyarət,Todaypress.tv,

photo
photo