Malayziyanın Kralı Prezident İlham Əliyevi təbrik etdi

Xarici siyasət

26.05.2025 11:20

2

Malayziyanın Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 107-ci ildönümü münasibətilə Zati-alinizə, hörmətli ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu mühüm bayram Cümhuriyyətin yaradılmasının qeyd olunması ilə yanaşı, xalqın zəngin irsi və heyrətamiz tərəqqisi ilə də səciyyələnir.

Əminəm ki, Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikası sülh, firavanlıq və sürətli inkişaf yolunda irəliləməkdə davam edəcəkdir.

Qoy Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq münasibətləri və genişlənən əlaqələr bundan sonra da xalqlarımıza qarşılıqlı fayda gətirərək inkişaf etsin və möhkəmlənsin!"

tag: Prezident,İlham Əliyev,Malayziya,Kral,Təbrik,Todaypress.tv,