Buenos-Ayresdə Müstəqillik Günü münasibətilə tədbir keçirildi
Xarici siyasət
30.05.2025 17:47
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində rəsmi qəbul keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov "X"da paylaşım edib.
Tədbirin təşkilatçıları bu əlamətdar günün 107-ci ildönümünü dövlət və hökumət rəsmiləri, elm xadimləri, diplomatik korpusun nümayəndələri və media təmsilçiləri ilə birlikdə qeyd ediblər.
Qəbul zamanı çıxış edənlər Azərbaycanın əldə etdiyi nailiyyətləri xatırladaraq, ölkənin müstəqillik tarixini və beynəlxalq arenadakı rolunu yüksək qiymətləndiriblər.
Tədbir rəsmi və səmimi atmosferdə keçib, Azərbaycan-Argentina münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Töhfə Səməd
tag: Braziliya,Tədbir,Azərbaycan,Müstəqillik,Todaypress.tv,