İlham Əliyev: Sülh sazişinin paraflanmasını həyata keçirdik

Xarici siyasət

09.08.2025 00:36

"Biz sülh sazişinin paraflanmasını həyata keçirdik. Bu sənəd üzərində danışıqlar xeyli müddətdir ki, aparılırdı. Bu sazişin dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Amerika Birləşmiş Ştatlarının böyük prezidentinin qarşısında paraflanması o deməkdir ki, artıq heç bir tərəfin geri çəkiləcəyi ilə bağlı nə şübhə, nə də tərəddüd ola bilər".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə mətbuata birgə bəyanatları bəyanatlar zamanı deyib.

"Əgər bizdən hər hansı biri — istər Baş nazir Nikol Paşinyan, istərsə də mən — geri çəkilməyi planlaşdırsaq, biz buraya gəlməzdik. Bu səbəbdən həm siz, həm də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verənlər Cənubi Qafqazda sülhə — uzunmüddətli, hətta əbədi sülhə gətirib çıxaracaq".

Qiymət Mahir

Töhfə Səməd

tag: ABŞ,Azərbaycan,İlham Əliyev,Donald Tramp,