Jean-Jacob Bisep: "Qvadelup bu gün də qida asılılığından əziyyət çəkir"
Xarici siyasət
25.06.2025 10:56
"Qvadelup bu gün də qida asılılığından əziyyət çəkir".
TodayPress TV xəbər verir ki, Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelup bölməsi üzrə koordinatoru Jean-Jacob Bisep bunu “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.
“Biz təkcə qida təhlükəsizliyindən deyil, ətraf mühitin qorunmasından da danışmalıyıq. Torpaqlar çirklənir, kənd təsərrüfatının və su ehtiyatlarının vəziyyəti pisləşir. Qvadelup Avropanın yeganə bazarının tərkib hissəsi olaraq qalır və bu, regional əməkdaşlığın gücləndirilməsinə mane olur”, - deyə o bildirib.
Jean-Jacob Bisep qeyd edib ki, Qvadelupun qonşu ölkələrlə sərbəst ticarət imkanları məhduddur:
“Biz Avropa İttifaqının gömrük siyasətindən çıxmalı və yerli istehsalı artırmalıyıq. Bu həm qida təhlükəsizliyi, həm də iqtisadi müstəqilliyin təmin edilməsi baxımından vacibdir”.
Onun sözlərinə görə, Qvadelupun muxtariyyətə nail olması və kənd təsərrüfatında davamlı inkişafın təmin olunması üçün iqtisadi azadlıq əsas şərtdir.
Töhfə Səməd
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,