Azərbaycan və Gürcüstan Baş nazirləri görüşdü

Xarici siyasət

05.08.2025 11:15

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

tag: Baş nazir,Əli Əsədov,İrakli Kobaxidze,Görüş,Todaypress.tv,