Azərbaycan Prezidenti Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

Xarici siyasət

28.05.2025 17:00

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib 

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bununla bağlı deyib:

“Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir.

Türkiyə və Pakistan dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.

tag: Prezident,İlham Əliyev,Türkiyə,Pakistan,Todaypress.tv,