Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəldi

Xarici siyasət

22.08.2025 09:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşıladılar.

tag: Prezident,İlham Əliyev,Türkmənistan,Səfər,Todaypress.tv,

photo
photo
photo
photo