“Azərbaycan diasporu” adlı saxta "Telegram" kanalının yaydığı məlumat təkzib edildi
Xarici siyasət
29.06.2025 22:30
Rusiyanın “Azərbaycan diasporu” adlı saxta "Telegram" kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.
TodayPress TV xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilib.
Bildirib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyatı yoxdur.
Saxta “Telegram” kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.
Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik.
tag: Azərbaycan,Diaspor,Xəbər,Təkzib,Todaypress.tv,