Andrey Kostin Prezident İlham Əliyevi təbrik etdi
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu. “VTB Bank”ın İdarə Heyəti və kollektivi adından Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurları, sanballı beynəlxalq nüfuzu respublikanı regionda və bütövlükdə Avrasiyada lider mövqeyinə çıxarıb.
Rusiyada Azərbaycanın dövlət rəhbərliyinin ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə və əsrlər boyu davam edən mehriban qonşuluq, işgüzar və tərəfdaşlıq münasibətlərinin, o cümlədən dost xalqlarımızın rifahı naminə ticarət və maliyyə sahəsində əlaqələrin gələcək inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirirlər.
Bu bayram münasibətilə Sizə Azərbaycanın daha böyük tərəqqisi naminə ən xoş arzularımızı bildirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və əmin-amanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram”.
tag: Prezident,İlham Əliyev,28 May,Təbrik,Todaypress.tv,