UEFA qərar verdi

UEFA

28.08.2025 15:50

Bundan sonra Çempionlar Liqasının (ÇL) final oyunları 3 saat tez başlayacaq.

TodayPress TV xəbər verir ki, UEFA 2025/2026 mövsümündən etibarən ÇL matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacağını açıqlayıb.

UEFA-nın bu qərarı azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlər üçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, logistika və əməliyyatların optimallaşdırılması hesabına həyata keçiriləcək və bir sıra nəzərəçarpacaq üstünlüklər təmin edəcək. Məqsəd möhtəşəm idman hadisəsində iştirak etmək istəyən hər kəs üçün oyun gününü zövqlü etmək və ailələrin, uşaqların mövsümün ən böyük və əhəmiyyətli klub oyununa asanlıqla gəlmələrinə şərait yaratmaqdır.

Dəyişiklik başqa şəhərlərdən gələn azarkeşlər üçün ictimai nəqliyyata - xüsusilə də oyundan sonra - daha rahat çıxış və stadiondan təhlükəsiz və rahat şəkildə qayıdış imkanı verəcək. 

Yeni yayım vaxtı həmçinin daha əlçatan yayım cədvəlinin formalaşmasına töhfə verəcək, bu isə final oyununu bütün dünyada daha geniş televiziya və rəqəmsal auditoriyaya çatdırmağa kömək edəcək.

Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da keçiriləcək.

Namiq HUN

tag: Çempionlar Liqası,Final oyun,UEFA ,Mərkəzi Avropa,Todaypress.tv,