Zekeriya Akman: “Yeni metodlarla din təhsili vacibdir”

Sosial

22.10.2025 13:21

“Texnologiya gənclər üçün yeni imkanlar yaradır, lakin eyni zamanda şəxsiyyət böhranına da səbəb ola bilir. Belə mənzərədə din təhsili xüsusi əhəmiyyət kəsb edir”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda bildirib.

O qeyd edib ki, din təhsili əxlaqi sütunların möhkəmlənməsinə təkan verir və cəmiyyətin dayanıqlığını artırır:

“Din təhsilində yeni metodların tətbiqinə ehtiyac var və bu metodlar universal dəyərlərə əsaslanmalıdır. Türkiyə bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycanda da məktəblərdə din təhsili zamanın tələblərinə uyğun hazırlanmış proqramlarla həyata keçirilir. Məqsədimiz tələbələrimizin yalnız biliklə deyil, həm də əxlaqi dəyərlərlə silahlanmasını təmin etməkdir. Bu sahədə birgə fəaliyyət böyük fayda verəcək”.

Qiymət Mahir

TodayPress TV


tag: Texnologiya,Türkiyə,Aralık,Universitet,Todaypress.tv,