“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
Sosial
06.06.2025 10:19
Bu gün “Sea Breeze”də baş tutacaq “Yay musiqi mövsümü”nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.
“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.
tag: AYNA,Nəqliyyat,See Breeze,Konsert,Todaypress.tv,
 
        
 
                                ![32 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/683423a639ea3.webp) 
                                            ![BDYPİ avtomobillərdə [[uşaqların daşınması qaydaları ilə bağlı]] xatırlatma etdi](/uploads/news/685e72251ce5a.webp) 
                                            ![Məhkumluqdan azad olunmasına [[üç ay qalmış daha 78 nəfərlə bağlı]] qiymətləndirmə aparıldı](/uploads/news/68357d678fc71.webp) 
                                            ![Sabah Sumqayıtın [[bəzi ərazilərində]] qaz kəsiləcək](/uploads/news/68f632fce96b4.webp) 
                                            ![AQTA uyğunsuzluq aşkarlanan məhsulla bağlı [[açıqlama verdi]]](/uploads/news/68455d8916d59.webp) 
                                            ![Cəlilabadda [[içməli suyun verilişi]] bərpa olundu](/uploads/news/6876aff4962ed.webp) 
                                            ![Əfv Sərəncamı [[2 saylı cəzaçəkmə müəssisəsindən]] 4 məhkuma şamil olundu](/uploads/news/683464b8c0991.webp) 
                                            ![Qazaxa [[ilk dəfə sürətli qatarlarla]] sərnişindaşımaya başlanılacaq](/uploads/news/684d3cc5595f7.webp) 
                                            ![Çaylarda sululuq artacaq [[- XƏBƏRDARLIQ]]](/uploads/news/684ef5e914dc0.webp) 
                                            ![Yer kürəsində maqnit qasırğası [[ən yüksək səviyyəyə]] çatacaq](/uploads/news/683cb9e1a29ef.webp) 
                                            