“YAŞAT” Fondu müalicə və psixoloji dəstək üzrə işləri davam etdirir

Sosial

09.10.2025 15:23

“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.

TodayPress TV xəbər verir ki, müharibə əlili Allahverdiyev Arzuman Mikayıl oğluna tibbi “3D VT- Ablasiya” xidməti göstərilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan bu xidmətin ödənişi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Eyni zamanda şəxsin dərman təminatı ilə bağlı müraciətləri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı  ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

TodayPress TV

tag: YAŞAT,Fond,Dəstək,Yardım,Todaypress.tv,

photo