"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başladı

Sosial

29.07.2025 15:02

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib.

TodayPress TV xəbər verir ki, budəfəki tədbirlərə Türkiyədən olan 18 şəhid övladı da qoşulub.

Düşərgənin açılış mərasimində həftə çərçivəsində baş tutacaq təşəbbüslər çatdırılıb, qaydalar izah edilib.

İlkin olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovla görüş baş tutub. O, uşaqlarla yeni texnologiyalar və innovasiyalar mühitində şəxsi inkişafın əsasları barədə müzakirələr aparıb.

Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar təbiətin füsnkar və özünəməxsus mənzərəsi ilə tanış olublar.

Hoteldaxili əyləncə, boulinq saatlarında, futbol, voleybol və  parkur yarışlarında  qələbə uğrunda mübarizə xoş anlara səbəb olub.

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri İnsafəli Səmədov və Anar Qasımov iştirakçılarla görüşdə yeni düşüncə əsaslı şəxsi inkişafın və uğur qazanmağın yolları barədə fikirlərini bölüşüblər.


tag: YAŞAT,Fond,Düşərgə,Həftə,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo