Yağış yağacaq – SABAHIN HAVASI
Sosial
26.09.2025 13:09
Azərbaycanda sentybarın 27-də yağışlı hava şəraiti gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.
tag: Hava,Yağış,temperatur,Dərəcə,Todaypress.tv,
 
        
 
                                ![[[Şəhərlərarası və beynəlxalq]] danışıq tarifləri təsdiqləndi](/uploads/news/68938cdf94ef6.webp) 
                                            ![[[ADSEA və SOCAR Green MMC]] razılaşma imzaladı](/uploads/news/68c1301ad999a.webp) 
                                            ![Sakinlər [[NARAZIDIR: 508 nömrəli avtobus niyə gecikir?]]](/uploads/news/68a596d0c5758.webp) 
                                            ![Avqustun [[hava proqnozu]]](/uploads/news/688b574670eb5.webp) 
                                            ![[[Fiziki məhdudiyyətli şəxslər]] paytaxtda rahat hərəkət edə bilir?](/uploads/news/68626f786ea50.webp) 
                                            ![Azərbaycandan AFAD-a [[əməkdaşlıq nişanı]]](/uploads/news/685a53df54629.webp) 
                                            ![Ötən həftə [[607 yanğına çıxış]] olub](/uploads/news/6858f46e45e7e.webp) 
                                            ![25 dərəcə istilik olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/690085bef2712.webp) 
                                            ![Əksər ərazilərdə yağış yağır, güclü külək əsir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68d7878e12102.webp) 
                                            ![FHN qeyri-sabit hava şəraiti ilə bağlı [[əhaliyə]] müraciət etdi](/uploads/news/6901b5feb812f.webp) 
                                            