Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi

Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi
19.06.2025 13:19 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

FOTOLAR

Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi — 1
Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi — 2
Xocalıya köçürülən 350-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edildi — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər