Valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verildi
Sosial
07.06.2025 15:13
Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:
"Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".
İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.
"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".
tag: Tovuz,Müəllim,Üzük,Töhmət,Todaypress.tv,
 
        
 
                                ![[[Nazir:]] "Digər yerlər başqa uşaqların haqqıdır"](/uploads/news/68c274d768aa7.webp) 
                                            ![Qəbul imtahanının [[2-ci cəhdində iştirak üçün qeydiyyat]] başladı](/uploads/news/683446ae6e2d9.webp) 
                                            ![Qabiliyyət imtahanlarına [[qeydiyyat başlanır]]](/uploads/news/682c210301bfe.webp) 
                                            ![[[DİM sədri:]] “Qarabağ Universiteti Qafqazın ən nüfuzlu təhsil ocağı olacaq”](/uploads/news/6830221c01ac3.webp) 
                                            ![Milli kimliyin və dövlətçiliyin təməli: [[500 illik miras]]](/uploads/news/688cbed61fc3d.webp) 
                                            ![Bakıda monitorinqlərdə iştirak edən [[şagirdlərin sayı]] açıqlandı](/uploads/news/68591edce1d70.webp) 
                                            ![İmtahanın elektron [[formada təşkili qiymətləndirmə prosesində]] insan amilini minimuma endirir](/uploads/news/686d11b6d5221.webp) 
                                            ![BDU-nun tələbələri məzun olur [[– FOTO]]](/uploads/news/685bfddf508ba.webp) 
                                            ![[[“ADA” Universiteti və BOC]] arasında Memorandum imzalandı](/uploads/news/685170422fa93.webp) 
                                            ![Bağçalara [[növbəyə yazılma sistemində yaranan problemə]] aydınlıq gətirildu](/uploads/news/688387fced5ae.webp) 
                                            